Əsas səhifəÖlkəNəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar Baş DYP İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti
PAYLAŞ

Nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi ilə əlaqədar Baş DYP İdarəsinin sürücülərə və avtomobil sahiblərinə müraciəti

Ölkə 06 iyul 2021 13:00 2309

Müşahidələrimiz göstərir ki, bəzən fərdi minik avtomobillərinin, xüsusilə ümümi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən və yaxud yol qəzası zamanı nəqliyyat vasitələrində yanğın hadisəsi başlayır və həmin vaxt avtomobildə odsöndürən olmadığına görə alovun qarşısını vaxtında almaq mümkün olmur ki, bu da ağır fəsadlarla nəticələnir.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq yalnız avtomobillərini texniki baxışdan keçirməkdən ötrü odsöndürəni haradansa əldə edib, sonra isə geri qaytarırlar. Buna görə də lazım olan məqamda nəqliyyat vasitəsində odsöndürən olmur.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərinin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün nəqliyyat vasitələrində odsöndürənin olmasını mütləq təmin etsinlər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020