Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi velosiped istifadəçiləri üçün 2 km uzunluğunda olan velosiped yolunu istifadəyə verib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi velosiped istifadəçiləri üçün 2 km uzunluğunda olan velosiped yolunu istifadəyə verib

Nəqliyyat 07 İyul 2021 10:47 2347

Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən mütəmadi olaraq bildirildiyi kimi, velosiped nəqliyyatının inkişafına dair strategiya hazırlanaraq icra olunmaqdadır. Strategiyaya əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq. 

Ümumilikdə, velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub: 1)yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə; 2)digər ərazilərdə isə tikinti-quraşdrıma işləri aparılmaqla. Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işlərini tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək. 

İnfrastrukturun imkan verdiyi ərazilərdə isə artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib. Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir. Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib. 

Bakı Dairəvi  maililiyi, həmçinin mövcud infrastruktur bu ərazidə velosiped yolunun salınmasına imkan verir. 2 km-lik velosiped yolu 2 istiqamət üzrə 2.50 m enində təşkil edilib və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 70 sm enində bufer zona yerləşdilib. Eyni zamanda bufer zonada diqqəti və görünmə səviyyəsini artırmaq üçün işıqqaytarıcı effektə malik rezin dirəklər quraşdılıb. 

Avtomobil sürücülərindən xahiş edirik ki, velosipedçilərin hərəkətini çətinləşdirməsinlər və yol hərəkəti qaydalarına əməl etsinlər. Velosiped yolu üzərində avtomobili park etmək və ya velosiped yolu boyunca hərəkət etmək qadağandır. Müəyyən edilən yerlərdə velosipeddən istifadə edənlərin hərəkət üstünlüyünə də anlayışla yanaşılmasını tövsiyə edirik. Eyni qaydada velosiped istifadəçiləri də yol hərəkəti qaydalarına əməl etməlidirlər.  

Yolun əhatə etdiyi ərazidə 10 minə yaxın əhalinin daimi yaşadığını və yaz-yay aylarında çoxlu sayda ziyarətçi cəlb etdiyini nəzərə alsaq, hazırlanmış layihə turizm sektorunun inkişafı baxımından da xüsusi əhəmiyyətə malikdir. Növbəti mərhələlərdə isə sözügedən velosiped yolunun Buzovna və Pirşağı qəsəbələrinə qədər təşkil edilməsi planlaşdırılır ki, bu da qəsəbələrarası əlaqələndirmədə velosiped nəqliyyatının payının artmasına imkan verəcəkdir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020