Əsas səhifəNəqliyyat3-cü “Nəqliyyat Könüllülləri” proqramının iştirakçıları ilə görüş keçirilib
PAYLAŞ

3-cü “Nəqliyyat Könüllülləri” proqramının iştirakçıları ilə görüş keçirilib

Nəqliyyat 07 İyul 2021 12:32 1281

Bakı Nəqliyyat Agentliyinin sayca 3-cü “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə tanışlıq görüşü keçirilib. Agentliyin Aparat rəhbəri Gülşən Rzayeva onlayn görüşdə iştirakçıları salamlayaraq bildirmişdir ki, “Ölkə rəhbəri gənclərin imkan və bacarıqlarını daim yüksək qiymətləndirir və bu gün gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühim istiqamətlərindən biridir. Cənab Prezidentin 2020-ci ili "Könüllülər ili" elan etməsi ilə könüllülər hərəkatı daha geniş vüsət alıb. Gələcək inkişaf hər birinizin öz əlindədir, bu baxımdan sizin üçün kifayət qədər şərait var. Agentlikdə gənclərin inkişafı, o cümlədən, könüllülərin fəaliyyəti üçün geniş imkanlar yaradılır. Könüllülərin baxışları bizim üçün çox önəmlidir. Artıq könüllülər üçün ideya laboratoriyasının yaradılması ilə bağlı planlar hazırlanır. Hər birinizə qarşıdakı fəaliyyətlərinizdə uğurlar arzu edirəm”. Sonra, şöbə müdirləri və supervayzerlər şöbələrin iş prosesi haqqında könüllülərə məlumat verdi və könüllülər öz ixtisaslarına uyğun şöbələrə və tabeli qurumlara yerləşdirildi. 
“Nəqliyyat Könüllüləri” proqramının məqsədi, Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaq, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması və sosialyönümlü istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək olmaqdır. Hazırlanan proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq, pandemiya qaydalarına uyğun olaraq təcrübə səfərlərində iştirak edəcək və müxtəlif sosial aksiyalara və sorğuların keçirilməsinə cəlb olunacaqlar.
Sevindirici haldır ki, 14 könüllü bu gün bizim əməkdaşımızdır. Agentlikdə rəhbər vəzifələrdə çalışan əməkdaşlarımızın 37 %-i gəncdir. Gənc əməkdaşlar Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində gördüyümüz işlərdə fəal iştirak edirlər və öz müasir yanaşmalarını tətbiq edə bilirlər.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020