+994507882020
info@avtoyol.az
Əsas səhifəÖlkəŞəmkir rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə DİN Baş DYP İdarəsinin məlumatı
PAYLAŞ

Şəmkir rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə DİN Baş DYP İdarəsinin məlumatı

Ölkə 15 iyul 2021 12:00 110

14.07.2021-ci il tarixdə saat 23:37 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü km-də sürücü Şəmkir rayon sakini 10.05.1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun idarə etdiyi QAZ 3110 markalı, 20-EX-453 dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Ağstafa rayon sakini 23.03.1988-ci il təvəllüdlü Məmmədov Şahin Siyavuş oğlunun idarə etdiyi QAZ 33021 markalı, 44-BT-184 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Qəza nəticəsində QAZ 3110 markalı avtomobilin sürücüsü R.Məmmədov, həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakinləri 05.08.1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu və 24.02.1964-cü il təvəllüdlü Cəfərov Bəhman Salman oğlu aldıqları xəsarətlərdən ölmüş, QAZ 33021 markalı yük avtomobilinin sürücüsü Ş.Məmmədov və sərnişini Ağstafa rayon sakini 23.07.1974-cü il təvəllüdlü Bayramov Ədalət Cəlal oğlu xəsarət alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına daxil olmuşlar.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az