+994507882020
info@avtoyol.az
Əsas səhifəNəqliyyatAZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq
PAYLAŞ

AZAL Tacikistan və Bosniya və Herseqovinaya koronavirusa qarşı peyvənd çatdıracaq

Nəqliyyat 17 İyul 2021 17:00 57

17 iyul 2021-ci il, Bakı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq daha iki ölkəyə "AstraZeneca" peyvəndi partiyası göndəriləcəkdir.

Belə ki, Azərbaycanın milli aviadaşıyıcısı  (AZAL) təyyarələri ilə Tacikistanda və Bosniya və Herseqovinaya həmin vaksinin 40 min dozası hər ölkəyə çatdırılacaq.

Peyvəndin çatdırılması AZAL-ın çarter reysləri ilə 19 iyulda Bakıdan Sarayevo şəhərinə, 20 iyulda Düşənbə şəhərinə həyata keçiriləcək.

Xatırladaq ki, daha əvvəl  Azərbaycan "AstraZeneca"  peyvəndini  Özbəkistana (50 min) və Qırğızıstana (40 min) ötürmüşdür.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az