Əsas səhifəNəqliyyat“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)
PAYLAŞ

“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)

Nəqliyyat 28 İyul 2021 18:00 2368

28 iyul 2021-ci il, Bakı - Cari  ilin avqust ayında Azərbaycanın milli aviadaşıyıcısı  daha çox tələbat olan reyslərində IATA Travel Pass tətbiqini sınaqdan keçirəcəkdir.

IATA Travel Pass tətbiqi - smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən bir növ rəqəmsal səyahət sənədidir. Tətbiq sayəsində uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaqdır.

IATA Travel Pass tətbiqini ilk olaraq aşağıdakı reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər:

AZAL - Bakı-İstanbul-Bakı (GYD-IST-GYD) AZAL - Bakı-Moskva-Bakı (GYD-DME-GYD) Buta Airways - Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD) Buta Airways - Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD)

Qeyd edilən reyslərdə sınaq müvəffəqiyyətlə keçdiyi təqdirdə, gələcəkdə aviaşirkət bu proqramın daimi əsasda tətbiqini nəzərdən keçirəcəkdir.

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə uçan bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkün olacaqdır.

IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək, habelə onlar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.

IATA Travel Pass tətbiqindən istifadəyə görə bonus olaraq, AZAL və Buta Airways reyslərində tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mili hesablanacaq.

Cari ilin may ayında AZAL və IATA Azərbaycanda IATA Travel Pass tətbiqinin istifadə imkanlarını müzakirə etmişdilər. Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və aviasiya sərnişin axınının  COVID-19 pandemiyasınadək mövcud olan göstəricilərə qədər bərpasına kömək edəcəkdir.

iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

•  Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649  

•  Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa  

Qeyd etmək lazımdır ki, IATA Travel Pass tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanmışdır. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.

Tətbiqin istifadəsinə dair ətraflı təlimat aviaşirkətin internet saytında təqdim olunmuşdur: https://www.azal.az/az/information/iata-travel-pass

IATA Travel Pass tətbiqinin necə işlədiyi barədə qısaca olaraq bu videoda tanış ola bilərsiniz:

https://youtu.be/wKYaPOEyGGA

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020