Əsas səhifəÖlkəYol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti
PAYLAŞ

Yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

Ölkə 02 avqust 2021 16:00 1934

Müşahidələrimiz göstərir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsi tələblərinə riayət edilmir.

«Yol hərəkəti haqqında» Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini elə seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Bu məsələdə nəqliyyat vasitəsinin markası, modeli, digər texniki xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir və nəzərə alınmalıdır ki, köhnə avtomobillə müasir avtomobilin tormoz məsafəsi eyni deyil. Ona görə də avtomobilin texniki parametrlərinə, yol şəraitinə və əsasən də sürət rejiminə uyğun qabaqda gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlanılmalıdır, yəni sürət həddi artdıqca ara məsafəsi də çoxalmalıdır.

Yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini isə heç bir halda aşmaq olmaz, çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəni vaxtında dəf edə bilmir və qəza qaçılmaz olur.

Bununla yanaşı, avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır, xüsusilə də texniki imkanları zəif olan, asta gedən nəqliyyat vasitələri çox zolaqlı yollarda sağ zolaqla idarə olunmalıdır.

Təsadüfi deyil ki, son vaxtlar nəqliyyat vasitələrinin arxadan toqquşması halları çoxalıb və bu da ara məsafəsinin düzgün seçilməməsi ilə bağlıdır. Burada həmçinin sürücü diqqətsizliyi vacib rol oynayır və isti hava şəraitinin də sürücülərin əhvalına müəyyən təsirləri olduğunu nəzərə alaraq yuxulu, yorğun və əzgin halda sükan arxasına əyləşməməyi tövsiyə edirik.

Unutmayaq ki, xırda hesab etdiyiniz qayda pozuntusu belə sonda faciəvi qəza ilə nəticələnə bilər. Bu səbəbdən, Baş DYP İdarəsi bir daha bütün sürücülərdən sükan arxasında intizamlı olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi xahiş edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020