Nəqliyyat Könüllüləri üçün "TED Talks" formatında “Dayanıqlı şəhər mobilliyi” mövzusunda təqdimat keçirilib.
Paytaxtımızın piyadayönümlü, əlçatan, təhlükəsiz və dayanıqlı mobil şəhər olması istiqamətində görülən tədbirlər və gələcək planlar haqqında könüllülərə maraqlı məlumatlar verilib.
Ekoloji təmiz, alternativ nəqliyyat vasitələrinin - velosipeddən istifadənin təşviqi haqqında müzakirələr aparılıb.
Sonda isə sual-cavab formatında könüllüləri maraqlandıran məsələlər müzakirə olunub.
Qeyd edək ki, könüllülərə 2 aylıq təcrübə müddətində BNA-nın əməkdaşları tərəfindən təlimlər və maraqlı təqdimatlar keçiriləcək. Fəaliyyətlər mütəmadi olaraq davam edəcək.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər