Bakı Nəqliyyat Agentliyində mərkəzləşdirilmiş vahid dispetçer xidmətinin təşkili ilə bağlı kart sisteminə keçirilən müntəzəm marşrutların daşıyıcıları ilə görüş baş tutub. Görüşdə proqram təminatının funksiyaları, nəzarət mexanizminin tətbiqinə dair müzakirələr aparılıb. Bildirilib ki, sərnişindaşımada təhlükəsizliyin və rahatlığın təmin edilməsi məqsədilə mütəmadi olaraq marşrutlar nağdısz ödəniş sisteminə inteqrasiya edilir və prosses davam etdirilməkdədir. 24 saat ərzində “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin mütəxəssisləri tərəfindən avtobusların gün ərzində fəaliyyətinə nəzarət edilməklə yanaşı, qayda pozuntularına dair toplanan statistik məlumatlar aidiyyəti üzrə təhlil edilir.
Eyni zamanda görülən işlərə dəstək verilməsi, müasir idarəetmə mexanizminin tətbiq edilməsi üçün daşıyıcılara öz müəssisələrində müvafiq şəraitin yaradılması barədə tapşırıq verilib.
Qeyd edək ki, sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər