Goranboy rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə DİN Baş DYP İdarəsinin məlumatı
Ölkə
19 avqust 2021 14:00
2611
Ötən gün saat 18:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu Goran qəsəbəsi ərazisindən keçən 316-cı km-də Yevlax rayon sakini 1972-ci il təvəllüdlü Əskərov Elşad Abdulla oğlunun idarə etdiyi “Ford Transit” markalı, 10-HN-936 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetmədən çıxaraq yolun sağ kənarında boş sahəyə aşıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər Yevlax rayon sakinləri 1976-cı il təvəllüdlü Cavadova Rəhmiyyə Famil qızı, 1970-ci il təvəllüdlü Həsənova Rəna Kənan qızı, 1971-ci il təvəllüdlü Əkbərov Əbülfət Hidayət oğlu və 1971-ci il təvəllüdlü Şahverdiyev Lətif Sovet oğlu hadisə yerində ölmüş, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu isə aldığı xəsarətlə Gəncə şəhər 3 saylı xəstəxanaya yerləşdirilmişdir.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər