Əsas səhifəNəqliyyatAzərbaycan Könüllü Təşkilatları İttifaqının I Hesabat-Seçki Konfransı keçirilib
PAYLAŞ

Azərbaycan Könüllü Təşkilatları İttifaqının I Hesabat-Seçki Konfransı keçirilib

Nəqliyyat 20 Avqust 2021 19:07 1496

Konfransda AKTİ-nin birillik fəaliyyətinin təqdimat videosu nümayiş olunub, ötən il ərzində ittifaqın uğurlu fəaliyyətinə dəstək olan tərəfdaş qurumlar və media nümayəndələri, eləcə də üzv təşkilatların təmsilçiləri təşəkkürnamələrlə təltif olunub.
 

Növbəti 2021-2022-ci il ərzində İdarə Heyəti, Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvləri və sədr olaraq təmsil olunacaq namizədlərin seçkisi baş tutub. Namizədliyi irəli sürülən AFFA və AVRO-2020 Könüllülər Proqramının meneceri Yusif Vəliyev, “Nəqliyyat Könüllüləri” Proqramının rəhbəri Nahid Quliyev və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev arasında keçirilən səsvermənin nəticələrinə uyğun olaraq Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri, Nahid Quliyev və Kamran Əliyev sədr müavinləri seçilib.
 

Könüllülük fəaliyyətinin ümummilli hərəkata çevrilməsində, ölkəmizin bir çox bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılmasında, könüllü təşkilatlarının əlaqələndirilməsində mühim rol oynayan AKTİ platformasın daha da inkişafı üçün yeni seçilən heyətin hər birini təbrik edir fəaliyyətlərində uğurlar arzulayırıq!


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020