Əsas səhifəNəqliyyat03.09.2021-ci il tarixindən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
PAYLAŞ

03.09.2021-ci il tarixindən 194 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Nəqliyyat 02 Sentyabr 2021 16:58 3060

Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. Nağdsız ödəniş sisteminə keçidin, sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması baxımından əhəmiyyətini qeyd edərək bildiririk ki, “BakıKart”-a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.
03.09.2021-ci il tarixindən 194 nömrəli marşrut xətti (Qobu Park Yaşayış Kompleksi - "20 Yanvar" m/st. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Alim Şəbiyev küç, (Lökbatan qəs.),  Şahin Xəlilov küç, (Lökbatan qəs.), Mir Möhsün Nəvvab küç, (Yeni Yasamal, 308 №-li məktəbin yaxınlığı), Yeni Yasamal y/m (Vital klinikasının yaxınlığı), Murad Mirzəyev 175E (Yeni Yasamal y/m ), Əsəd Əhmədov küç (Yeni Yasamal y/m, 42 №-li notariat kontorunun yaxınlığı) ), Məhəmməd Xiyabani  küç 58 (Yeni Yasamal y/m), Məhəmməd Xiyabani  küç 206 (Yeni Yasamal y/m), Dadaş Bünyadzadə küç. (Məhəmməd Xiyabani küç. ilə kəsişmə), Müzəffər Həsənov küç. 47 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün yeni POS terminallar quraşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020