+994507882020
info@avtoyol.az
Əsas səhifəÖlkəCəlilabad rayonu ərazisində 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
PAYLAŞ

Cəlilabad rayonu ərazisində 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə 06 sentyabr 2021 16:00 85

Ötən gün saat 23:00 radələrində Masallı rayon sakini 2000-ci il təvəllüdlü Bayramov Rüfət Fayıq oğlu idarə etdiyi “Mercedes-Benz 230” markalı, 44-CF-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı divara çırpılıb.

Qəza nəticəsində R.Bayramovla yanaşı avtomobildə olan sərnişinlər - Masallı rayon sakinləri 2003-cü il təvəllüdlü Qasımov Xəlil İsaq oğlu və Ağazadə Əli Əlizamin oğlu xəstəxanaya yerləşdirilmiş, lakin Ə.Ağazadənin həyatını xilas etmək mümkün olmamışdır.

Məlum olmuşdur ki, avtomobili idarə edən şəxsin sürücülük hüququ yoxdur və ilkin ehtimala görə o, hadisə vaxtı sərxoş vəziyyətdə olub. Faktla bağlı Cəlilabad rayon polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. 

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az