+994507882020
info@avtoyol.az
Əsas səhifəNəqliyyat190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir
PAYLAŞ

190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir

Nəqliyyat 09 Sentyabr 2021 18:10 22

  Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir. Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar 10.09.2021-ci il tarixindən sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gediş haqqı 0.30 azn olacaq. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə həyata keçiriləcək. 

  Sərnişinlərin “BakıKart”ın balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada, post-terminallar qoyulub. Bundan əlavə Binə südçülük sovxozu, Mehriban qonşular küçəsi adlanan ərazi üzrə ünvanlarındakı OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

TDƏŞ-in yubileyi keçirilib
TDƏŞ-in yubileyi
17 Sentyabr 2021 10:00 9

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az