Əsas səhifəÖlkəDaxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edir.
PAYLAŞ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edir.

Ölkə 17 sentyabr 2021 12:00 2558

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb. Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftə sonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar. 

Qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün vacib işlərini həftə sonlarına saxlamasınlar.

Bir daha aidiyyəti şəxslərin nəzərinə çatdırırıq ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020