Əsas səhifəNəqliyyatAvropa mobillik həftəsi çərçivəsində “Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib
PAYLAŞ

Avropa mobillik həftəsi çərçivəsində “Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Nəqliyyat 23 Sentyabr 2021 19:00 2213

Avropa mobillik həftəsi çərçivəsində “Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən Avropa Mobillik həftəsinin Bakı şəhərində qeyd olunması və onun nəticələrinə həsr edilib. Görüşdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Tarek Çeniti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Proqram meneceri Ülviyə Abdullayeva, Aİ-nin şəhər mobilliyi üzrə mütəxəssisləri Robert Pressl və 
Claus Köllinge, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri, Seymur Hüseynov
Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri, Rüfət Mahmud – AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri, Ayaz Hüseynov – Şəhər təsərrüfatı şöbəsinin müdiri/Bakı Şəhər İcra Hakimiyyəti, Zülfiyə Hüseynova – Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi, Umut Alkım Tuncer – IGLUS-da proqram meneceri iştirak edib.

         Keçirilən tədbirdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva çıxış edərək bildirib ki, Azərbaycan Avropa İttifaqı, BMT-nin müxtəlif strukturları və digər beynəlxalq təşkilatlarla bütün istiqamətlərdə sıx əməkdaşlıq edir, Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin əsasını insan inkişafı və vətəndaş məmnuniyyətinin təmin edilməsi təşkil edir. Avropa Mobillik Həftəsi çərçivəsində keçirilən tədbirlər, həmçinin, təhlükəsizlik və şəhər mobilliyi ilə bağlı geniş maarifləndirmə tədbirləri də piyada təhlükəsizliyinin artırılmasına və şəhər nəqliyyatına müasir yanaşma haqqında maarifləndirməyə yönəlmişdir.

          Bu il 50-dən artıq ölkədən, 3000-dən çox şəhərdən 600-ə yaxın təşkilat "Dayanıqlı mobilliklə təhlükəsizlik və sağlamlıq" mövzusunda keçirilən mobillik həftəsini qeyd edib. Bakı Nəqliyyat Agentliyi ilk dəfə paytaxtımız Bakını bu kampaniyada təmsil edib. 16-22 sentyabr tarixlərində Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Könüllüləri Proqramı Azərbaycan Könüllü Təşkilatları İttifaqı  ilə birlikdə şəhərdə müxtəlif maarifləndirmə və təşviqat tədbirləri təşkil edib.

          Görüşdə eyni zamanda bildirilib ki, ictimai nəqliyyat hər bir şəhərin nəqliyyat sisteminin əsasını təşkil edir və ictimai nəqliyyatın rahatlığı və keyfiyyətinin artırılması bizim əsas vəzifələrimizdəndir. Görüşdə Bakı Nəqliyyat Agentliyi tərəfindən son illərdə görülən işlər barədə məlumat verilib. Vurğulanıb ki, aktiv mobilliyin təmin edilməsi, eyni zamanda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı 20% azalmışdır.

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020