Əsas səhifəÖlkəSumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
PAYLAŞ

Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə 06 oktyabr 2021 12:00 1384

Ötən gün saat 21:15 radələrində Bakı-Quba-Dağıstan sərhəddi avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 48-ci km-də Astara rayon sakini 1978-ci il təvəllüdlü sürücü Paşayev Zaur Ağadadaş oğlu idarə etdiyi “Mercedes-Benz Atego” markalı, 90-SZ-211 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu soldan sağa keçən Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü piyada Qəniyev Vüsal Tofiq oğlunu vurub və o, hadisə yerində ölüb. 

İlkin məlumata görə, piyada V.Qəniyev yolun hərəkət hissəsini piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yerdən keçib və bu da onun həyatı bahasına başa gəlib. 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020