Əsas səhifəÖlkəCari ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası
PAYLAŞ

Cari ilin 9 ayı ərzində qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikası

Ölkə 18 oktyabr 2021 12:00 1334

2021-ci ilin 9 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 504 nəfər həlak olmuş, 1043 nəfər yaralanmışdır. Ötən il ölkədə pandemiya əleyhinə tətbiq olunan məhdudiyyət tədbirləri ilə əlaqədar hərəkət intensivliyinin və buna görə də qəza riskinin əhəmiyyətli dərəcədə azalması nəticəsində formalaşmış göstəricilərlə müqayisədə cari ilin 9 ayı ərzində  hadisələrin  sayı  26 (+2.3%)  fakt,  yaralananların  sayı 20 (+2%) nəfər artmış, ölənlərin sayı isə (504) sabit qalmışdır.

Təhlillər göstərir ki, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i qaydaların sürücülər tərəfindən pozulması səbəbindən baş vermişdir. Belə qayda pozuntuları əsasən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (475), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və  ötmə (360),  yolayrıclarını keçmə (116), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (14), sükan arxasında yatma (9) halları ilə bağlı olmuşdur.

Sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, xüsusilə yolun nəzərdə tutulmayan yerlərdən keçilməsi hallarının davam etməsi səbəbindən cari ilin 9 ayı ərzində 483 piyada vurma hadisəsi qeydə alınmışdır ki,  bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir.   

Bundan başqa, yol-nəqliyyat hadisələrinin növləri içərisində toqquşma (395), aşma (113), maneəni vurma (110) halları da üstünlük təşkil edir.

Yol qəzalarında həlak olan 504 nəfərdən (onlardan: 16 yaşına qədər 39 nəfər, qadınlar 102 nəfər) 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü  isə digər hərəkət iştirakçılarıdır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020