Əsas səhifəÖlkəQuba rayonunda 4 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
PAYLAŞ

Quba rayonunda 4 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə 18 oktyabr 2021 13:00 1871

16 oktyabr saat 22:00 radələrində Quba rayon sakini 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı,  90-ZV-745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - atası 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlu, əmisi 1977-ci il təvəllüdlü Allahverdiyev Ağabala Atabala oğlu və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlu həyatlarını itirmiş, 1964-cü il təvəllüdlü Şərifov Nüsrət Həsrət oğlu isə xəsarət almışdır.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020