Əsas səhifəNəqliyyatNəqliyyat Könüllüləri tərəfindən maraqlı layihə təklifləri hazırlanaraq təqdim edilib
PAYLAŞ

Nəqliyyat Könüllüləri tərəfindən maraqlı layihə təklifləri hazırlanaraq təqdim edilib

Nəqliyyat 19 Oktyabr 2021 12:30 1287

 Nəqliyyat Könüllüləri dayanıqlı şəhər mobilliyi vizionuna uyğun olaraq hazırladıqları layihələri təqdim ediblər. 

 Nəqliyyat Könüllüləri 2 aylıq təcrübə müddətində bilik və bacarıqlarını artıraraq, araşdırmalar apararaq maraqlı layihə təklifləri hazırlayıblar. Layihələrin hazırlanmasında əsas məqsəd Bakı Nəqliyyat Agentliyinin paytaxtın əlçatanlığı, təhlükəsizliyi və mobilliyi istiqamətində həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaqdır.  

 Agentliyin aparıcı mütəxəssislərinin ekspert qismində iştirak etdiyi görüşdə könüllülər komandalar şəklində işləyərək "Sahilə yaşıl işıq", "Nəqliyyatda modernləşmə", "İctimai nəqliyyatdan istifadə qaydaları", "Bağırov körpüsü - Keşlə layihəsi", "Yerüstü piyada işıqları", "Smart Səyahət" adlı innovativ layihələri təqdim ediblər. Könüllülərin təqdimatları maraqla qarşılanıb. Mütəxəssislər tərəfindən həyata keçirilməsi daha real və məqsədəuyğun hesab edilən təkliflər yüksək qiymətləndirilib. 

 Məlumat üçün bildirək ki, hər il ən yaxşı layihələr BNA tərəfindən dəstəklənir və könüllülər müxtəlif işlərə cəlb olunurlar. İndiyə kimi 15 nəfər könüllü tam ştatla işə götürülmüşdür. Nəqliyyat Könüllüləri proqramı artıq 3-cü ildir ki, müvəffəqiyyətlə icra olunur. Ölkəmizin ən aparıcı könüllü proqramlarından biri olan "Nəqliyyat Könüllüləri" Azərbaycan könüllüləri brendinin formalaşmasına öz töhfəsini verir.

 


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020