Əsas səhifəNəqliyyatAzərbaycan aviatorları yenidən qan donoru oldular (FOTO)
PAYLAŞ

Azərbaycan aviatorları yenidən qan donoru oldular (FOTO)

Nəqliyyat 12 Noyabr 2021 16:00 921

12 noyabr 2021-ci il, Bakı – «Azərbaycan Hava Yolları» (AZAL) noyabrın 12-də könüllü qanvermə aksiyası keçirib. Həmin aksiyada 200-ə yaxın aviator iştirak edib. 

Qanvermə proseduru pandemiya dövründə qüvvədə olan bütün qaydalara riayət etməklə keçirilib. Qan donorluğu aviatorlar arasında artıq yaxşı ənənəyə çevrilib.

Qangötürmə məntəqəsi AZAL-ın nəzdindəki poliklinikada yaradılıb, tibb işçiləri briqadası  əvvəlcədən aviatorların məcburi tibbi müayinəsini keçirib.

Müayinədən sonra toplanan qan nümunələri müxtəlif ağır xəstəlikləri olan, həmçinin qan köçürülməsinə ehtiyacı olan pasiyentlərin müalicəsi üçün nəzərdə tutulub.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020