Əsas səhifəNəqliyyatAZAL Bakıdan Almatıya uçuşlara başlayır
PAYLAŞ

AZAL Bakıdan Almatıya uçuşlara başlayır

Nəqliyyat 12 Noyabr 2021 18:00 765

12 noyabr 2021-ci il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkəti noyabrın 19-dan etibarən Bakıdan Almatıya və geri istiqamətdə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.

Bakı-Almatı marşrutu üzrə uçuşlar hər həftə - cümə günləri, geri istiqamətdə isə şənbə günləri Airbus A319 hava gəmisində həyata keçiriləcək.

Uçuş cədvəli ilə  aviaşirkətin www.azal.az rəsmi saytında tanış olmaq mümkündür.  Aviabiletlərin satışı aviadaşıyıcının saytı vasitəsilə, həmçinin akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Daşımaya yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş  icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana  səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan

 Azərbaycanda COVID-19-a dair testdən keçmək üçün klinikaların siyahısı aviaşirkətin rəsmi saytında təqdim edilmişdir: https://www.azal.az/az/information/covid-clinics

Sərnişin Almatıdan Bakıya uçuş zaman COVID-19-a dair testi dövlət tərəfindən akkreditə olunmuş və PCR-testi üsulu ilə analiz götürən istənilən klinika və ya laboratoriyada verə bilər. Arayışda onun  həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə  kömək edəcəkdir.

Azərbaycana giriş qaydaları ilə  burada tanış olmaq mümkündür: 

https://www.azal.az/az/information/covid-azerbaijan.

Qeyd olunan marşrutun sərnişinləri COVID-19-a dair testin nəticəsinin uçuşdan əvvəl 72 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020