Əsas səhifəÖlkəDİN-in Baş DYP İdarəsində xidmət aparılması üçün qəbul elan edilir
PAYLAŞ

DİN-in Baş DYP İdarəsində xidmət aparılması üçün qəbul elan edilir

Ölkə 01 dekabr 2021 12:00 1302

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsinin kiçik inspektoru (“ASAN xidmət” mərkəzinin səyyar xidməti üzrə) vəzifəsində xidmət aparılması üçün qəbul elan edilir.

Xidmətə ali təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan, Bakı şəhərində daimi qeydiyyatda olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. 

Müraciət etmək istəyən şəxslər  01.12.2021-ci il tarixdən 25.12.2021-ci il  tarixədək  hər iş günü saat 10:00-dan 17:00-dək Daxili  İşlər Nazirliyinin Baş  Dövlət  Yol  Polisi  İdarəsinin Kadrlar şöbəsinə  (Bakı şəhəri,  Xırdalan– Binəqədi şosesi 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.


    şəxsiyyət vəsiqəsi

    təhsil haqqında sənəd

    hərbi bilet

    əmək kitabçası (olduğu halda)

    sürücülük vəsiqəsi

    məhkumluğunun olmaması barədə arayış


Əlaqə telefonları:   +99412 590 81 10, +99412 590 81 39

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020