3-cü "Nəqliyyat Könüllüləri" proqramını müvəffəqiyyətlə başa vuran 33 nəfər könüllümüz sertifikat və hədiyyələrlə təltif edilib.
Ölkə üzrə dövlət qurumlarında könüllülük fəaliyyətinə görə Arzu İmamova, "Nəqliyyat Könüllüləri" proqramında fəaliyyəti ilə xüsusi fərqlənən Ləman Xəlilova "İlin Könüllüsü" nominasiyasına layiq görülüb.
Bakı Nəqliyyat Agentliyində və tabeli qurumlarda praktiki bilik və bacarıqlara yiyələnərək müxtəlif sosial aksiya və layihələrdə iştirak edən könüllülərimiz öz professional fəaliyyətlərində uğurlu addımlarını atıblar.
İnanırıq ki, könüllülərimiz Bakının daha əlçatan, təhlükəsiz və mobil bir şəhərə çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa davam edəcək və ətraflarındakı insanları maarifləndirəcəklər.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər