Əsas səhifəÖlkəBaş DYP İdarəsinin əməkdaşları narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücüləri saxlayıb
PAYLAŞ

Baş DYP İdarəsinin əməkdaşları narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücüləri saxlayıb

Ölkə 16 dekabr 2021 17:00 1711

13 dekabr 2021-ci il tarixdə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları Qaradağ postu kimi tanınan ərazidə "Mercedes-Benz" markalı, 90-FL-403 dövlət qeydiyyat nişanlı iritutumlu marşurut avtobusunu saxlayıb. Sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.  

Toplanmış materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.

15 dekabr 2021-ci il tarixdə Baş DYP İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları Ağdam rayon sakini Şükürov Sahib İsmixan oğlunun idarə etdiyi "VAZ 21043" markalı, 04-BH-760 dövlət qeydiyyat nişanlı avtomobili postda saxlayıb və sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, S.Şükürov avtomobili narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edir.   

Araşdırma zamanı o da bəlli olub ki, sürücü cari ilin aprel ayında da sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün Binəqədi rayonu DYP şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati cərimə tətbiq olunub.

Toplanmış materiallar aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilərək 2 il sürücülük hüququndan məhrum edilməklə 4 gün müddətində inzibati həbs olunub.

Qeyd edirik ki, cari ilin 9 ayı ərzində Baş DYP İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib. Təkcə son bir ay ərzində 150-ə yaxın analoji hal aşkarlanıb. Təbii ki, yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirib.

Eyni zamanda, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri işə qəbul edən zaman, həmçinin, reysqabağı tibbi müayinədən keçirilməli və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020