Əsas səhifəÖlkəRəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
PAYLAŞ

Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ölkə 17 dekabr 2021 16:00 659

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 2021-ci il üçün elan etdiyi “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində birinci yeri qazanan Sumqayıt şəhər 1 nömrəli UGİM-in dərnək üzvü Nərgiz Qasımovanın, Bakı və Sumqayıt məktəbliləri arasından müsabiqəyə qatılaraq fərqlənən 15 iştirakçının, eləcə də tədbirin keçirilməsində fəallıq göstərmiş qurum rəhbərlərinin və müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.

Bakı və Sumqayıt şəhər 1 nömrəli UGİM-lərdə təşkil olunan tədbirdə qalib və iştirakçılara müvafiq diplom və təşəkkürnamələr təqdim edilib, hədiyyələr verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilmiş sözügedən müsabiqəyə respublikanın 43 şəhər və rayonundan 335 rəsm əsəri təqdim edilib.

Hazırda respublikanın digər regionlarında müsabiqədə ikinci və üçüncü yerləri tutan qaliblərinin və fəal iştirakçıların mükafatlandırılması mərasimi keçirilir. Tezliklə həmin tədbirlər barədə daha ətraflı məlumat paylaşılacaqdır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020