Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak ediblər
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak ediblər

Nəqliyyat 21 Dekabr 2021 09:35 2310

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak ediblər. Ağacəkmə zamanı 2,2 ha ərazidə Abşeron yarımadasının iqliminə uyğun 2000 ədəd Eldar şamı, sərv və zeytun ağacı əkilib.

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində tinglərin paylanması aksiyası da keçirilib. “Nəqliyyat Könüllüləri” ilə “Eko könüllülər” vətəndaşlara ağac tingləri paylayıblar. 

BMT-nin dayanıqlı inkişaf məqsədlərinin 11-ci bəndində ehtiva edilən “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək” üçün BNA öz töhfəsini verməkdədir.

Ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, “Avro6” standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib. Hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir.  

Dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.

2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb. 

Sağlam, ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipeddən istifadə bu gün iqlim dəyişikliyinə töhfə verə biləcək ən uğurlu alternativ nəqliyyat vasitəsidir. Velosipedin nəqliyyat vasitəsi kimi populyarlaşdırılmasını hədəfləyərək velosiped yolları və zolaqlarının təşkili üzrə də işlər görür. 

Aktiv mobillik növlərinin təşviqi, rahat piyada hərəkəti və velosiped sürmək üçün şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020