Əsas səhifəÖlkəRəsm müsabiqəsinin fəal iştirakçıları da təltif edildi
PAYLAŞ

Rəsm müsabiqəsinin fəal iştirakçıları da təltif edildi

Ölkə 24 dekabr 2021 16:00 1008

“Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində ikinci və üçüncü yerləri qazanan Qusar məktəblisi Azad Əliyevin və Ağdam rayon UGİM-in dərnək üzvü Mahmud Hüseynlinin, eləcə də Gəncə, Ağstafa, Göygöl, Hacıqabul, İsmayıllı, Lənkəran, Qəbələ, Qobustan, Salyan, Şirvan, Quba, Şamaxı və Samux məktəbliləri arasından müsabiqəyə qatılaraq fərqlənən iştirakçıların, tədbirin keçirilməsində fəallıq göstərmiş təhsil müəssisələrinin rəhbər və müəllimlərinin mükafatlandırılması mərasimi keçirilib.

Adı çəkilən şəhər və rayonların polis qurumlarının, o cümlədən DYP xidmətinin, təhsil işçilərinin iştirakı ilə təşkil olunan tədbirdə qalib və iştirakçılara müvafiq diplom və təşəkkürnamələr təqdim edilib, hədiyyələr verilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020