Əsas səhifəNəqliyyatİl ərzində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin yaxşılaşdırılması da diqqətdə saxlanılıb
PAYLAŞ

İl ərzində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin yaxşılaşdırılması da diqqətdə saxlanılıb

Nəqliyyat 29 Dekabr 2021 12:10 1387

Şəhər nəqliyyatında əlçatan mühitin formalaşması Bakı Nəqliyyat Agentliyinin əsas məqsədlərindəndir. Dövlət başçısının tapşırığına, eləcə də ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq, 2017-ci ildən şəhər nəqliyyatında əlçatanlığın təmin olunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu işlər 2021-ci ildə də davam etdirilib. Belə ki, il ərzində 26 küçə və prospektdə pandus inşa olunub. 

İl ərzində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin yaxşılaşdırılması da diqqətdə saxlanılıb. Bu çərçivədə 249 küçə və prospektdə eynisəviyyəli piyada zolağı yenilənib, 40 piyada keçidində “sarı döyünən işıq” tətbiq edilib, 23 məktəb ətrafında isə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Piyadaların səki boyunca rahat və təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ümumi hərəkət təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən tumbaların quraşdırılması isə 28 küçə və prospektdə təmin edilib. 17 küçə və prospektdə isə dəmir məhəccər quraşdırılıb.

Şəhərin küçə və prospektlərində çatışmayan 4924 yol nişanı quraşdırılıb. Daha çox problemin, nəqliyyatın hərəkətində sıxlığın olduğu 21 kəsişmədə "sarı kəsimə toru" nişanlanması çəkilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020