+994507882020
info@avtoyol.az
Əsas səhifəNəqliyyatBəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində dəyişikliklər edilib
PAYLAŞ

Bəzi müntəzəm marşrut xətlərinin hərəkət istiqamətində dəyişikliklər edilib

Nəqliyyat 10 Yanvar 2022 12:28 46

Sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq məqsədilə müntəzəm marşrut xəttinin bir neçəsinin hərəkət istiqamətində dəyişikliklər edilib. 

Belə ki, dəyişikliyə əsasən: 

15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemində dəyişiklik olunaraq Qara Qarayev prospekti və (“Xalqlar Dostluğu” metrostansiyası) Babək prospektindən keçməklə təşkil edilib. 

70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib. 

53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib. 

33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib. 

78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az