Əsas səhifəNəqliyyat2021-ci il ərzində "Nəqliyyat könüllüləri"nin fəaliyyəti ilə bağlı görülən işlərin infoqrafik təsviri
PAYLAŞ

2021-ci il ərzində "Nəqliyyat könüllüləri"nin fəaliyyəti ilə bağlı görülən işlərin infoqrafik təsviri

Nəqliyyat 11 Yanvar 2022 10:55 1466

Ölkəmizdə könüllülük hərəkatının genişləndirmək, cəmiyyətdə xeyirxahlığı təbliğ edərək gənclərin inkişafına töhfələr vermək, eyni zamanda Dövlət başçısının çağırışına müvafiq olaraq, könüllülər hərəkatını dəstəkləmək məqsədilə Bakı Nəqliyyat Agentliyi  "Nəqliyyat Könüllüləri" proqramını 3 dəfə ardıcıl şəkildə icra edib. Gənclər arasında “Nəqliyyat Könüllüləri” proqramına maraq böyükdür.
 
2021-ci ildə icra edilən 3-cü “Nəqliyyat Könüllüləri” proqramında iştirak üçün 400 nəfər müraciət edib. Əvvəlki illərlə müqayisədə “Nəqliyyat Könüllüləri” proqramına müraciət edənlərin sayı iki dəfə artıb. Onlardan 33 nəfəri "Nəqliyyat könüllüsü" məzunu adını adını qazanıb və mükafatlandırılıb. Ötən il könüllülər üçün 10 təlim və təqdimat keçirilib, 5 səfər təşkil edilib. Hesabat dövründə könüllülərin iştirakı ilə 22 maarifləndirmə tədbiri keçirilib. Proqramda iştirak edən 4 nəfər könüllü Bakı Nəqliyyat Agentliyində daimi işlə təmin edilib. Fəallığı ilə fərqlənən 2 iştirakçı isə “İlin könüllüsü” adına layiq görülüb.

Məlumat üçün qeyd edək ki, hazırda 4-cü "Nəqliyyat Könüllüləri" proqramına könüllülərin qəbulu elan edilib. 

Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 31 yanvar 2022-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə elektron poçt vasitəsilə bu barədə məlumat veriləcək.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020