+994507882020
info@avtoyol.az
Əsas səhifəÖlkəQaydalara əməl etməyən sürücülərdən biri həyatını itirdi
PAYLAŞ

Qaydalara əməl etməyən sürücülərdən biri həyatını itirdi

Ölkə 12 yanvar 2022 19:00 24

11.01.2022-ci il tarixdə saat 03:00 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində Samux rayon sakini 1964-cü il təvəllüdlü Məmmədov Bəxtiyar Fazil oğlu idarə etdiyi “Kamaz” markalı, 20-DL-316 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən, onunla eyni istiqamətdə, yolun hərəkət hissəsindən tam kənarlaşdırılmadan dayanmış “Daımler Chrysler” markalı, 20-CT-701 dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobildən düşərək yolun hərəkət hissəsində dayanmış sürücünü - Gəncə şəhər sakini 1974-cü il təvəllüdlü Əhmədov Rauf Rəcəb oğlunu vurmuşdur. Nəticədə R.Əhmədov aldığı bədən xəsarətlərindən hadisə yerində həyatını itirmişdir. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda göstərilən səbəblərdən əvvəllərdə yol qəzalarının baş verdiyini hərəkət iştirakçılarının diqqətinə çatdırır və bir daha onlara müraciət edərək nəqliyyat vasitəsinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az