31 yanvar 2021-ci il, Bakı – “Azərbaycan Hava Yolları" aviaşirkəti mart ayında Bakı ilə Sankt-Peterburq arasında uçuşların yerinə yetirilməsini bərpa edir.
Belə ki, aviadaşıyıcı martın 17-dən etibarən Bakı-Sankt-Peterburq-Bakı istiqamətində həftədə iki dəfə - cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Rusiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunmuşdur: https://www.azal.az/az/information/covid-russia
Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan. Sankt-Peterburqdan Bakıya uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir.
PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər