Piyadaların maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir
Ölkə
04 fevral 2022 13:00
1003
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən magistral yollarda piyada vurma hadisələrinin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Yolu müəyyən olunmamış yerdən keçməyə cəhd edən, dəmir və beton arakəsmələrin üstündən keçərək yüksək sürətli yola çıxan, eyni zamanda yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən piyadaların maarifləndirilməsi məqsədilə onlarla söhbətlər aparılıb, bu kimi qayda pozuntularının ağır nəticələri izah olunub, həmçinin kobud şəkildə qayda pozanlar barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər