Əsas səhifəNəqliyyatYeni nəqliyyat vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib
PAYLAŞ

Yeni nəqliyyat vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib

Nəqliyyat 24 Fevral 2022 11:10 2141

 Vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması və müasir tələblər səviyyəsində təşkil olunması məqsədilə tədbirlər davam etdirilir. Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında müəyyənləşdirdiyi tapşırığa uyğun olaraq, “Xaliq Faiqoğlu” MMC tərəfindən yeni gətirilən, Avro 6 standartlarına cavab verən 50 ədəd "Otokar" markalı, CNG mühərrikli avtobuslar istismara verilib. 

 Nəqliyyat vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib. Bu marşrut xətlərindən çıxarılan "İsuzu" markalı avtobuslar isə "Daewoo" markalı avtobusları əvəz etmək üçün 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib. 

 Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, daşıyıcı tərəfindən sərnişin tələbatı nəzərə alınmaqla, ayrı-ayrılıqda hər üç xətt üzrə gündəlik reysə 20 ədəddən artıq avtobus çıxarılır. Bununla da, Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfərə yaxın sərnişinin daha rahat, maneəsiz və təhlükəsiz daşınması təmin edilib.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020