Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC və “Sürücü Təlim Mərkəzi” MMC-nin birgə təşkil etdiyi növbəti layihəyə start verildi
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC və “Sürücü Təlim Mərkəzi” MMC-nin birgə təşkil etdiyi növbəti layihəyə start verildi

Nəqliyyat 24 Fevral 2022 14:54 2495

  Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC və “Sürücü Təlim Mərkəzi” MMC-nin birgə təşkil etdiyi “Dünyanı tanımaqda əngəl tanıma!” layihəsi çərçivəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin yaşı 15-dən yuxarı olan şagirdlərinin və müəllimlərinin “BakuBus” istehsalat bazasına və “Sürücü Təlim Mərkəzi”nə ekskursiyası baş tutub. 

 Ekskursiyanın məqsədi yeniyetmələri ictimai nəqliyyatın iş prinsipləri ilə tanış etməklə yanaşı, həm də ictimai nəqliyyatdan istifadəyə təşviq etməkdir. 
Daun Sundromlu Şəxslərin Reabilitasiya Mərkəzinin şagirdlərinin ekskursiya çərçivəsində “BakuBus” MMC-nin xüsusi ayrılmış avtobusu ilə Zığ qəsəbəsində yerləşən istehsalat bazasına gediş-gəlişi təmin olunub. Şagirdlər “BakuBus” MMC-də şöbə müdiri vəzifəsində çalışan Nicat Əliyevin uşaqlara xüsusi qayğı və diqqət dolu bələdçiliyi altında, ilk növbədə, inzibati bina, daha sonra tibb otağında avtobus sürücülərinin müayinədən keçirilmə, dispetçer otağında marşrut xəttinə çıxarılmış avtobusların izlənmə və idarəetmə, təmir mərkəzində avtobusların baxışdan keçirilmə, yuyucuda avtobusların yuyulma prosesi ilə tanış olublar. 

  Bunun ardınca “Sürücü Təlim Mərkəzi” MMC-yə yollanan uşaqlar təlimçi Cavid Allahverdiyevin bələdçiliyi ilə Mərkəzin inzibati binası, təlim otaqları, avtobus simulyatoru ilə tanış olublar. Təlimçinin simulyatordan istifadə ilə bağlı verdiyi izahatdan sonra və onun birbaşa dəstəyi ilə Mərkəzin şagirdləri simulyatorda özlərinin sürücülük qabiliyyətini sınaqdan keçiriblər.

  Ekskursiya qonaq qismində dəvət edilmiş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin şagirdlərinin böyük marağına səbəb olub. 

  Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC və “Sürücü Təlim Mərkəzi” MMC-nin bu qəbildən ekskursiyalarının davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020