Əsas səhifəÖlkəDİN-in Baş DYP İdarəsinin 2022-ci ilin ilk 3 ayı ərzində qeydə alınmış yol qəzaları ilə bağlı statistik məlumatı
PAYLAŞ

DİN-in Baş DYP İdarəsinin 2022-ci ilin ilk 3 ayı ərzində qeydə alınmış yol qəzaları ilə bağlı statistik məlumatı

Ölkə 07 aprel 2022 10:00 2347

 2022-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 27 (+7,2%) fakt, ölənlərin sayı 58 (+46,4%), yaralananların sayı isə 3 (+0,8%) nəfər artıb.

Aparılan təhlillər göstərir ki, 392 (97,3%) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 / 2,2%) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 40,3%-i, başqa sözlə 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 33,4%-i isə, yəni 131-i qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma (187 / 46,4% - 81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb) və toqquşma (129 / 32,0% - 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb) halları yenə də üstünlük təşkil edib.

Yol qəzalarında həlak olan 183 nəfərdən (yaşı 16-dək olan 9 nəfər, qadınlar 44 nəfər) 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020