Əsas səhifəNəqliyyatSərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi daha da yaxşılaşdırılır
PAYLAŞ

Sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi daha da yaxşılaşdırılır

Nəqliyyat 08 Aprel 2022 11:00 1655

Sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsinin xidmət keyfiyyətinin artırılması baxımından əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə ardıcıl tədbirlər görülür. 
 
Bu çərçivədə 2017-ci ildə alo141.az saytı istifadəyə verilib. Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı vardır.  

"Necə getməli" bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, A və B nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində A və B nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.

Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar. 

Məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps"in nəqliyyat komandası ilə də danışıqlar aparılır.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020