Əsas səhifəNəqliyyat4-cü “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə onlayn tanışlıq görüşü keçirilib
PAYLAŞ

4-cü “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə onlayn tanışlıq görüşü keçirilib

Nəqliyyat 08 Aprel 2022 14:50 1455

4-cü “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə onlayn tanışlıq görüşü keçirilib. Agentliyin Aparat rəhbəri Gülşən Rzayeva  iştirakçıları salamlayaraq bildirib: “Ölkə rəhbəri gənclərin imkan və bacarıqlarını daim yüksək qiymətləndirir və bu gün gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Cənab Prezident bu il Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edərək bir daha gənclərə və onların potensialına olan inamı vurğulamışdır. Könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir, könüllülük də digər ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Gənclərin təşkilatlanması, bir amal uğrunda birləşməsi, cəmiyyətin saflaşması və kadr potensialının hazırlanması nöqteyi-nəzərindən əhəmiyyətlidir. Agentlik gənclərin inkişafına daim önəm verir. Nəqliyyat ixtisaslı könüllülərin bu proqram vasitəsilə bilik və bacarlıqları inkişaf edəcək, onlar gələcəkdə yaxşı nəqliyyat eksperti olacaqlar. Mən istərdim ki, hər biriniz şəhər mobilliyi anlayışını geniş bir anlam kimi qəbul edəsiniz və bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə fəal iştirak edəsiniz".
Sonra şöbə müdirləri və supervayzerlər şöbələrin iş prosesi haqqında könüllülərə məlumat veriblər və könüllülər öz ixtisasına uyğun şöbələrə və tabeli qurumlara yerləşdiriliblər. 
“Nəqliyyat Könüllüləri” proqramının məqsədi Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi yönündə Agentliyin həyata keçirdiyi fəaliyyətlərə, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılmasına və sosialyönümlü istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək olmaqdır. Hazırlanan proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq, təcrübə səfərlərində iştirak edəcək, müxtəlif sosial aksiya və sorğuların keçirilməsinə cəlb olunacaqlar.
Bildirək ki, 4-cü “Nəqliyyat Könüllüləri” proqramına müraciət edən 339 nəfər arasından 120 nəfəri müsahibə mərhələsinə seçilib, 60 nəfəri Könüllü adını qazanıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020