Əsas səhifəNəqliyyatAzərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəldilər
PAYLAŞ

Azərbaycan və Türkiyə hava məkanının birgə inkişafı barədə razılığa gəldilər

Nəqliyyat 12 Aprel 2022 18:00 1446

12 aprel 2022-ci il, Bakı – Aprelin 12-də Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC  və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaqdır.

Bu əməkdaşlıq iki qardaş dövlətin uçuşların təhlükəsizliyinin təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir.

Türkiyə Azərbaycanın həmçinin mülki aviasiya sahəsində strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi həmçinin “Bir kəmər bir yol” qlobal nəqliyyat layihəsinin davamıdır.

Son onillik ərzində Azərbaycanın inkişaf etmiş yerüstü və hava nəqliyyatına malik olan tranzit dövlət kimi rolu xeyli artmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və müdrik siyasəti nəticəsində mümkün olmuş və uğurla həyata keçirilmişdir. Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq hava limanının açılışı iki qardaş ölkə arasında hava nəqliyyatının və hava hərəkətinin inkişafının əhəmiyyətini və vacibliyini göstərən daha bir parlaq sübutdur.

Xatırladaq ki, 2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası  və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olmuşdur. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılmışdır.

Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq reyslərin həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası  ilə hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfə olmuşdur.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020