Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədilə karyera sərgisi keçirilib. 80-ə yaxın dövlət qurumu və özəl şirkətin iştirak etdiyi sərgidə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi də ayrıca stendlə təmsil olunub.
Agentliyin stendi tələbə və məzunlar tərəfindən maraqla qarşılanıb. Xüsusilə paytaxtımız Bakının hər kəs üçün əlçatan, təhlükəsiz və dayanıqlı mobil şəhərə çevrilməsi istiqamətində həyata keçirilən layihələr təqdim edilib, eləcə də Agentliyin fəaliyyəti barədə məlumat verilib.
Bakı Nəqliyyat Agentliyinin uğurla həyata keçirdiyi "Nəqliyyat Könüllüləri" proqramına böyük maraq göstərilib. Bu proqram nəqliyyat sahəsində təhsil alan gənclərin üz tutduğu yeganə könüllülük platformasıdır. Hər il AZMİU-nun yol-nəqliyyat, daşımalar ixtisaslarında təhsil alan gənclər proqrama müraciət edərək bilik və bacarıqlarını inkişaf etdirirlər. Yüksək nəticə göstərən məzun könüllülər Agentlikdə işlə təmin edilir. İndiyədək 19 könüllü Agentlikdə tam ştatla, 150 nəfər isə müddətli layihələrdə işlə təmin edilib.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər