Əsas səhifəÖlkəBak-Quba yolunda aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət
PAYLAŞ

Bak-Quba yolunda aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət

Ölkə 16 may 2022 13:00 1097

Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır.

Bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılmış, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilmiş, təhlükəsizlik üçün əlavə tədbirlər görülmüş, müvafiq nişanlama xətləri çəkilmiş, müvəqqəti yol nişanları quraşdırılmışdır.

DİN-in Baş DYP İdarəsi xüsusilə həftə sonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020