Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib

Nəqliyyat 17 May 2022 14:28 1386

Avropa Komissiyasının "Avropa Mobillik Həftəsi" kampaniyası katibliyinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru təyin edilib. Agentlik Cənubi Qafqaz regionunda milli koordinatorluq statusunu əldə edən ilk qurumdur. 

"Avropa Mobillik Həftəsi" Avropa Komissiyasının "Dayanıqlı Şəhər Mobilliyi" ilə bağlı aparıcı maarifləndirmə kampaniyasıdır. Kampaniya vasitəsilə aktiv mobillik, ictimai nəqliyyat və digər ekolji təmiz nəqliyyat vasitələrindən istifadə dünya ölkələri tərəfindən təşviq olunur. 2021-ci ildə 53 ölkədən 3184 şəhər bu kampaniyada iştirak edib. 

Agentlik 2021-ci il 16-22 sentyabr tarixlərində mobillik imkanlarının genişləndirilməsinin təşviqi məqsədilə Avropa İttifaqı tərəfindən 20 ildir keçirilən “Avropa Mobillik Həftəsi”nə qoşularaq ilk dəfə Bakını bu kampaniyada təmsil edib. “Həyat dolu küçələr” devizi altında keçirilmiş həftə çərçivəsində sürət həddinin yaşayış məntəqələri və tədris müəssisələri ətrafında 30 km/saata endirilməsi, piyadalar üçün əlçatan və təhlükəsiz mühitin yaradılması istiqamətində infrastruktur və geniş maarifləndirmə işləri həyata keçirilib, beynəlxalq və yerli təşkilatların iştirakı ilə konfrans və veloyürüş təşkil edilib. Bu tədbirlər yerli və beynəlxalq qurumların, eləcə də, ictimaiyyətin böyük marağına səbəb olub.

Ötən ildən etibarən "Avropa Mobillik Həftəsi"nin katibliyi ilə aparılan danışıqlar müsbət nəticələnib. Həyata keçirilən işlərin arealına və effektivliyinə görə Bakı Nəqliyyat Agentliyi "Avropa Mobillik Həftəsi"nin Azərbaycan üzrə koordinatoru seçilib. BNA-nın koordinatorluğu ölkə üzrə digər maraqlı şəhərlərin də Agentliyin tövsiyəsi əsasında bu kampaniyada iştirakını təmin edəcək. Cari ilin 16-22 sentyabr tarxilərində sayca 21-ci "Avropa Mobillik Həftəsi" təşkil olunacaq. Kampaniya çərçivəsində Agentlik tərəfindən Bakıda geniş miqyaslı tədbrilərin keçirilməsi planlaşdırılır. 

Ümumilikdə, Agentliyin fəaliyyəti müasir çağırışlara əsaslanan, avtomobil hərəkəti prioritetindən insan hərəkətliliyinin təmin edilməsi  yanaşmasına keçidi nəzərdə tutan dayanıqlı şəhər mobilliyinin təmin edilməsinə yönəlmişdir. Bakı şəhərinin hər kəsə əlçatanlığı, təhlükəsizliyi və dayanıqlı şəhər mobilliyinin təmin edilməsi məqsədilə BNA tərəfindən beynəlxalq təcrübələr nəzərə alınmaqla 2030-cu ilədək Mobillik strategiyası hazırlanmaqdadır.

Son 6 il ərzində paytaxtın təhlükəsizliyi və mobilliyinin təmin edilməsi istiqamətində Agentlik tərəfindən 300-ə yaxın küçə və prospektdə müxtəlif layihələr icra edilib.
-    14.402 yol nişanı, 191 küçədə pandus, 167 küçədə təhlükəsizlik tumbası, 136 küçədə məhəccər quraşdırılıb;
-    67 küçənin səkiləri standartlara uyğunlaşdırılıb, bununla da, təxminən 135 km səkinin piyadaların rahat hərəkəti üçün davamlılığı təmin edilib;
-    30-dan artıq müxtəlif maarifləndirmə və təbliğat-təşviqat tədbirləri təşkil edilib, 400-ə yaxın maarifləndirici poster yayımlanıb.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020