Əsas səhifəNəqliyyatAzərbaycan və Türkiyə arasında aeronaviqasiya sahəsində mühüm saziş imzalanıb
PAYLAŞ

Azərbaycan və Türkiyə arasında aeronaviqasiya sahəsində mühüm saziş imzalanıb

Nəqliyyat 27 May 2022 17:00 1315

27 may 2022-ci il, Bakı – Azərbaycan və Türkiyənin aeronaviqasiya təminatı provayderləri arasında kompleks aeronaviqasiya xidmətinin bütün aspektlərini əhatə edən mühüm saziş imzalanıb.

Qeyd edilən sənəd 27 may tarixində "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMI) arasında imzalanıb.

Tərəflər sazişi imzalayan zaman iki təşkilatın aeronaviqasiya strategiyasının inkişafı sahəsində peşəkar qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu, eləcə də qardaş ölkələr - Azərbaycan və Türkiyə arasında sıx dostluq münasibətlərinin olduğunu qeyd ediblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətini idarəetmə qülləsini ziyarət edən DHMİ Şurasının sədri və baş direktor Hüseyn Keskinin rəhbərlik etdiyi nümayəndə heyətinə AZANS-ın tətbiq etdiyi müasir texnologiyalar barədə məlumat verilib.

Qonaqlar, həmçinin, "TEKNOFEST Azerbaijan" Festivalı çərçivəsində Azərbaycanın paytaxtında keçirilən aviaşou zamanı  uçuşların idarə edilməsi prosesi ilə tanış olublar.

DHMI-nin fəaliyyət sahəsinə Türkiyə hava limanlarının idarə edilməsi, eləcə də Türkiyə hava məkanının tənzimlənməsi və nəzarət edilməsi daxildir.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020