"Formula 1" Azərbaycan Qran Prisinin davam etdiyi günlərdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin etmək üçün zəruri tədbirlər görülür. Bu çərçivədə, əvvəlcədən də məlumat verildiyi kimi, yarış həftəsi məhdudiyyətin tətbiq olunduğu müddətdə 20 müntəzəm marşrut xətti üzrə 1, 2, 4, 5, 6, 10, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 127, 205, M3 və H1 nömrəli avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Dəyişikliklər barədə ətraflı məlumatı qeyd olunan link vasitəsilə əldə etmək mümkündür. (https://bna.az/az/news/1483)
Müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi üzrə müəyyən olunan intervalla maneəsiz hərəkətini təmin etmək üçün ciddi zərurət yaranmadığı halda, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitəsilə səyahət etməmək tövsiyə olunur. Daha çox ictimai nəqliyyata üstünlük verilməsi yollarda hərəkətin maneəsiz təşkili, eləcə də lüzumsuz sıxlıqların yaranmaması baxımından məqsədəuyğun davranışdır.
Bir daha vətəndaşlarımıza bu cür mötəbər idman tədbirlərinin uğurla keçirilməsinə verdikləri dəstəyə və nümayiş etdirdikləri anlayışa görə təşəkkür edirik.
Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir. Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...
ƏTRAFLI
Rəylər