+994507882020
info@avtoyol.az
Əsas səhifəNəqliyyat“AZAL” Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq
PAYLAŞ

“AZAL” Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq

Nəqliyyat 20 İyun 2022 14:00 46

20 iyun 2022-ci il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.

2 iyul tarixindən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.

Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək artacaqdır.

Qeyd edilən marşrut üzrə əlavə reyslərin daxil edilməsi ilə əlaqədar, “Azərbaycan Hava Yolları” tərəfindən J2- 125/126 nömrəli reyslərin uçuş və gəliş vaxtlarında dəyişiklik edilmişdir.

Bakıdan Antalyaya reyslərin uçuşu saat 14:30-da (bazar ertəsi və cümə günləri) və 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə günləri) həyata keçiriləcək.

Antalyadan Bakıya reyslərin gəlişi saat 17:25-də (bazar ertəsi), 18:20-də (çərşənbə axşamı və çərşənbə günləri), 17:30-da (cümə günləri) və 18:30-da (şənbə günləri) həyata keçiriləcək.

“AZAL”ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

Bu uçuşlara, qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Türkiyəyə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı keçid vasitəsilə tanış olmaq tövsiyə olunur:

https://www.azal.az/az/information/covid-turkey.

Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı keçid vasitəsilə ətraflı tanış olmaq olar: https://www.azal.az/az/information/covid-azerbaijan.

 

"Azərbaycan Hava Yolları"nın mətbuat xidməti


MƏNBƏ: azal.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020
E-poçt: info@avtoyol.az