Əsas səhifəÖlkəYükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə
PAYLAŞ

Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə

Ölkə 21 iyun 2022 12:00 1717

Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.  Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, aşağıda göstərilən kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.

                                                    Yük avtomobilləri

ikioxlu avtomobil üçün

18 t

üçoxlu avtomobil üçün

25 t

aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün

26 t

dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil

32 t

Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri

 

ikioxlu qoşqu üçün

18 t

üçoxlu qoşqu üçün

24 t

Kombinə edilmiş nəqliyyat vasitələri

 

Yəhərli avtoqatarlar üçün:

 

ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan

36 t

ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda

38 t

ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə

40 t

üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə

40 t

üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə

40 t

üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan

konteynerin (40 futluq konteyner) daşınması zamanı

44 t

Qoşqulu avtoqatarlar üçün:

 

ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə

36 t

ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə

42 t

üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə

42 t

üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə

44 t

üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə

44 t

Avtobuslar

 

ikioxlu üçün

18 t

üçoxlu üçün

24 t

üçoxlu şarnirlə birləşdirilmiş üçün

28 t

dördoxlu şarnirlə birləşdirilmiş üçün

28 t


Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020