Əsas səhifəNəqliyyatBakı Nəqliyyat Agentliyi beynəlxalq təşkilatın tədbirlərində iştirak edib
PAYLAŞ

Bakı Nəqliyyat Agentliyi beynəlxalq təşkilatın tədbirlərində iştirak edib

Nəqliyyat 24 İyun 2022 09:30 912

Türkiyənin İstanbul şəhərində İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Konfransı keçirilib. Türkiyə, İngiltərə, İspaniya, Yaponiya, Qazaxstanın ictimai nəqliyyat qurumlarının məsul şəxslərinin qatıldığı konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi də iştirak edib. Konfransda Covid-19 pandemiyasından sonra ictimai nəqliyyatım dayanıqlığının təmin edilməsi, bu sahəsdə innovasiyaların tətbiqi, yeni maliyyələşdirmə qaynaqlarının inkişafı və sərnişindaşımada elektrik avtobuslarına keçid haqda ətraflı müzakirələr aparılıb. Covid-19 böhranı nəticəsində yaranmış yeni cağırışları nəzərə alaraq dayanıqlı şəhər mobilliyi prinsiplərinin daha dərin tətbiqi, ətraf mühit məsələləri və ictimai nəqliyyat sisteminin uzun müddətli inkişafı hədəfləri xüsusilə diqqət mərkəzində saxlanılıb və müxtəlif ölkələrin təcrübələri paylaşılıb. 

Tədbir çərçivəsində, həmçinin Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti haqqında məlumat verilib, post-pandemiya dövründə ictimai nəqliyyatın dayanıqlılığının və fasiləsiz fəaliyyətinin təmin olunması, ictimai nəqliyyatın yeni idarəetmə modeli və yeni maliyyə imkanlarının yaradılması sahəsindəki planları açıqlanıb. 

İstanbulda həmçinin UITP-nin ən əsas komitələrindən biri olan “Avtobus Komitəsi”nin 112-ci iclası keçirilib. 1961-ci ildə yaradılmış  “Avtobus Komitəsi”nin işində Yaponiya, Kanada, Amerika və bir çox Avropa ölkəsi də daxil olmaqla 25 ölkədən 50 ictimai nəqliyyat operatorları, bu sahədə araşdırmaçılar və qərar qəbul edənlər iştirak edib. UITP Avtobus Komitəsinin rolu avtobus sistemlərinin təşkili, istismarı və idarə olunması ilə bağlı ümumi maraqlara cavab verən məsələlər üzrə beynəlxalq platforma kimi çıxış etməkdir. Görüşdə pandemiyadan sonra sərnişindaşımaların hazırki vəziyyəti, tendensiyalar, yeni çağırışlar və bir neçə şəhərin uzun müddətli planları paylaşılıb. Avrasiya regionuna daxil olan ölkələr sırasında Türkiyədən sonra ilk dəfədir ki, Bakı Nəqliyyat Agentliyi komitədə iştirak edir. 

Dünyanın 100-dən çox ölkəsindən 2000-dən artıq nəqliyyat sahəsində fəaliyyət göstərən təşkilat və şirkətlərin üzv olduğu UITP çərçivəsində müasir çağırışlara uyğun ictimai nəqliyyatın inkişafı və idarəedilməsi, şəhər mobilliyinin dayanıqlığının təmin edilməsi və yol-nəqliyyat infrastrukturunun təşkili kimi sahələrdə qabaqcıl təcrübələr öyrənilir və ölkəmizdə tətbiqi imkanları araşdırılır. Bakı Nəqliyyat Agentliyi 2018-ci ildən UITP-nin üzvüdür. Agentlik həmçinin, UITP-nin Avrasiya regionu üzrə İcraiyyə Komitəsində təmsil olunur və təşkilatın müxtəlif tədbirlərində fəal şəkildə iştirak edir.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020