Əsas səhifəNəqliyyatBakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir
PAYLAŞ

Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir

Nəqliyyat 25 İyun 2022 14:20 1310

  Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi daim diqqətdə saxlanılır. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə paytaxtın avtobus parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsinin təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Yeni texnalogiya və innovasiyalar tətbiq edilməklə ictimai nəqliyyat infrastrukturu da yenilənir.

  Bu çərçivədə Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir. Yeni dayanacaqların quraşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilir.
  Dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tam olaraq özəl sektor tərəfindən maliyyələşdiriləcək və idarə olunacaq. Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığı və innovativliyinin artırmaq, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqini genişləndirməkdir.

  Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir sıra üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq. Smart dayanacaqlarda qəhvə, çay, su və s. zəruri məhsulların satışı təşkil ediləcək.
Növbəti smart tipli avtobus dayanacağı metronun Memar Əcəmi stansiyasının yaxınlığında Hüseynbala Əliyev küçəsində quraşdırılıb. Buradan 3 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir və sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. Bu dayanacaq pavilyonuna da individual ad verilib. Belə ki, pavilyon “Memar Əcəmi” dayanacağı adlandırılıb.

  Yaxın 2 il ərzində Bakı şəhərində, ümumilikdə, 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur.


MƏNBƏ: bna.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020