Əsas səhifəÖlkəNarkotik vasitənin təsir altında marşrut xətti üzrə avtobus idarə edən şəxs ifşa olundu
PAYLAŞ

Narkotik vasitənin təsir altında marşrut xətti üzrə avtobus idarə edən şəxs ifşa olundu

Ölkə 28 iyun 2022 11:00 1762

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Rəşad Nəcəfovun qanunazidd əməllərinin qarşısı alınıb.

Belə ki, Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkətdə olan “MİDİBUS” markalı, 90-CT-684 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Rəşad Nəcəfov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Rəşad Nəcəfovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Rəşad Nəcəfov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Rəşad Nəcəfov nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020